...

İyunda MDB PA-nın Sankt-Peterburq forumu keçiriləcək

Siyasət Materials 22 Mart 2006 13:33 (UTC +04:00)

İyun ayının 13-14-də Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının forumu keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Milli Məclisinin MDB PA-dakı nümayəndəsi Aydın Cəfərov bildirib.

A.Cəfərov qeyd edib ki, Sankt-Peterburq forumu adlanacaq toplantıda demokratiyanın inkişafının, vətəndaşların seçki hüquqlarının qorunmasının və parlamentarizmin möhkəmləndirilməsinin monitorinqi üzrə Beynəlxalq İnstitutun hazırlanması ilə bağlı sənədlər təsdiqlənəcək.

Onu da bildirək ki, bu barədə qərar fevralın 10-da MDB PA Şurasının Kiyevdə keçirilən toplantısında qəbul edilib.

Xəbər lenti

Xəbər lenti