...

ALDP Ukraynada keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Siyasət Materials 23 Mart 2006 13:35 (UTC +04:00)

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) martın 26-da Ukraynada keçiriləcək parlament seçkilərini müşahidə edəcək nümayəndə heyətinin tərkibini müəyyənləşdirib. Trend xəbər verir ki, bu barədə ALDP Sədr Aparatının martın 23-də keçirilən toplantısında qərar qəbul olunub.

Qeyd edək ki, ALDP Ukraynada keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün müttəfiqi olduğu Ukrayna Liberal Demokrat Partiyasının sədri İqor Duşinin, Sülh və Birlik Partiyasının sədri Lyudmila Yanudskaya və "Russkiy" blokunun sədri Viktor Şestakov tərəfindən dəvət alıb. ALDP Sədr Aparatının toplantısında Belorusda keçirilən prezident seçkiləri və martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının II qurultayı da müzakirə olunub.

ALDP sədri Fuad Əliyev qeyd edib ki, prezident seçkiləri Belorusda normal və demokratik keçirilib. Dünya Azərbaycanlılarının II qurultayında qəbul olunan sənədlər isə yüksək qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti