...

Bakıda Azərbaycan bələdiyyələri Milli assosiasiyasının yaradılması üzrə işçi qrupunun üçüncü görüşü keçiriləcək

Siyasət Materials 1 Aprel 2006 11:04 (UTC +04:00)

Aprelin 6-7-də Bakıda Azərbaycan bələdiyyələri Milli assosiasiyasının (BMA) yaradılması üzrə işçi qrupunun üçüncü görüşü keçiriləcək. Trend bildirir ki, 25 bələdiyyə üzvünün daxil olduğu işçi qrup Avropa Şurası (AŞ) yerli və regional özünüidarə orqanları Konqresinin dəstəyilə yaradılıb.

Görüşün məqsədi bir sıra simpoziumların təşkili vasitəsilə MBA-nın yaradılmasında irəliləyişə nail olunması və AŞ üzvü olan digər dövlətlərin yerli özünüidarə orqanları assosiasiyasının nümayəndələri ilə fikir mübadiləsi aparılmasıdır. Görüş zamanı MBA-nın təşkilati strukturu və daxili idarə məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, MBA Norveç hökumətinin birbaşa dəstəyilə 2007-ci ilin sonunadək yaradılacaq.

Xəbər lenti

Xəbər lenti