...

İbrahim Nəbioğlu: Ermənilərin türklərə qarşı soyqırım siyasəti ifşa edilməlidir

Siyasət Materials 3 Aprel 2006 13:37 (UTC +04:00)

Azərbaycanın İstanbuldakı Baş konsulluğu "Ermənilərin türklərə qarşı soyqırım siyasəti və türk-Azərbaycan qarşılıqlı münasibətlərinin gələcəyi" mövzusunda elmi simpozium təşkil edib. Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Nəbioğlunun Trend ə verdiyi məlumata görə, tədbirdə Türkiyənin 500-dən artıq elmi və ictimai xadimi, diplomatik missiyaların rəhbərləri, parlamentin deputatları, ehtiyatda olan zabitlər və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

O cümlədən, çıxış edənlər arasında "Mərmərə" cəmiyyətinin rəhbəri, professor Akkan Suver, Türkiyə jandarmeriya qüvvələrinin keçmiş rəhbəri, general Şener Yeruyruq və professor Şener Üşüməzsoy kimi tanınmış şəxslər də olub.

Simpozium 3 plenar iclasa bölünüb. Onlardan birincisi 31 Mart - Azərbaycanlıların Soyqırımı gününün növbəti ildönümünə, ikincisi, Azərbaycan-türk əlaqələrinin inkişafına, üçüncüsü ümumi məsələlərə həsr edilib. 1915-ci ildə Osmanlı imperiyası dövründə qondarma "erməni soyqırımı" ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Bu cür tədbirlərin keçirilməsi davam edəcək. Ermənilərin türkləri məhv etməklə bağlı qanlı siyasəti, eləcə də 88 il əvvəl erməni millətçilərinin on minlərlə günahsız azərbaycanlını qətlə yetirməsi Azərbaycan və Türkiyə xalqlarının yaddaşından silinməyəcək" -deyə İ. Nəbioğlu qeyd edib və xaricdə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

"İstanbulda belə böyük miqyaslı tədbir ilk dəfədir ki, keçirilir. Hazırkı simpozium çox böyük əks-səda doğurub",- deyə Azərbaycanın İstanbuldakı baş konsulu bildirib.

Xəbər lenti

Xəbər lenti