Milli Məclisin deputatı Jalə Əliyeva Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin iclasında iştirak etmək üçün aprelin 4-də Belqrada yola düşəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Tədbirdə "Mədəniyyətlərarası dialoq xalqlararası etimadın əsası kimi" mövzusunda məruzə dinləniləcək, geniş müzakirələr aparılacaq. İclasda deputatımız müzakirə olunacaq məsələ ilə bağlı fikirlərini bidirəcək.
Səfər aprelin 8-də başa çatacaq.