...

Aynur Camalqızı: Müxalifətçi deputat qrupunun növbəti iclası aprelin 6-da keçiriləcək

Siyasət Materials 5 Aprel 2006 11:32 (UTC +04:00)

Milli Məclisdə fəaliyyət göstərən müxalifətçi deputat qrupunun növbəti toplantısı aprelin 6-da Böyük Quruluş Partiyasının qərargahında keçiriləcək. Bu barədə Trend ə adıçəkilən qrupun koordinatoru Aynur Camalqızı bildirib.

Qeyd edək ki, bu qrupda Aynur Camalqızı ilə yanaşı 5 müxalifət partiyasının sədri də təmsil olunur.

A.Camalqızı onu da vurğulayıb ki, toplantıda əsasən aktual məsələlər müzakirə olunacaq. Millət vəkili, həmçinin, qeyd edib ki, parlamentdə Pənah Hüseynov daxil olmaqla 4 müsavatçı millət vəkilinin birgə yaratdığı qrupla A.Camalqızının koordinatoru olduğu qrup arasındakı əməkdaşlıq məsələsinin də müzakirə olunma ehtimalı mövcuddur: "Bu məsələ ilə bağlı müsavatçı deputatlarla Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə danışıqlar aparır. Çox güman ki, biz ondan bu barədə məlumat verməyi xahiş edəcəyik".

Xəbər lenti

Xəbər lenti