...

"Azadlıq" blokunun Gəncəbasar bölgəsi üzrə yerli təşkilatları yaradılacaq

Siyasət Materials 7 Aprel 2006 13:58 (UTC +04:00)

"Azadlıq" bloku liderlərinin bu həftə Azərbaycanın Gəncəbasar bölgəsinə səfərləri olacaq. Bu barədə Trend ə blokun həmsədri Sərdar Cəlaloğlu məlumat verib. O bildirib ki, "Azadlıq" blokunun artıq Azərbaycanın şimal bölgəsində və Aran zonasında yerli struktrularının yaradılmasına başlanılıb. Bu həftə isə Gəncəbasar bölgəsində zona müşavirəsi keçiriləcək, ətraf rayonlarda yerli təşkilatların yaradılmasına başlanılacaq.

Ölkənin şimal-qərb hissəsini əhatə edən Gəncəbasar bölgəsindən sonra "Azadlıq" blokunun Azərbaycanın Cənub rayonlarında və Qarabağ bölgəsində də yerli bölmələrinin açılması nəzərdə tutulub. S.Cəlaloğlunun sözlərinə görə, ümumilikdə 70-ə yaxın rayonda blokun yerli təşkilatlarının formalaşdırılması planlaşdırılır: "Biz yerlərdə müşavirələri zonalar üzrə keçiririk və bir rayonda keçirilən toplantıya ətraf rayonları da cəlb edirik, görüşlər keçiririk. Bununla da bir zona müşavirəsində bir neçə rayonda yerli strukturların yaradılması məsələsini həll etməyə çalışırıq. Qarabağ bölgəsi üzrə yerli qurumların formalaşdırılmasından sonra bu işlər artıq başa çatacaq".

S.Cəlaloğlunun sözlərinə görə, gələcəkdə yerli təşkilatların vahid qərargahları, əlaqələndirmə mərkəzləri, məclisləri də yaradılacaq. Lakin hələlik buna real imkanlar yoxdur. S.Cəlaloğlu "Azadlıq" blokunun kütləvi aksyiaların keçirilməsini gündəmdə saxladığını da deyib.

Xəbər lenti

Xəbər lenti