...

Rövzət Qasımov: "Macırstanda keçirilən parlament seçkilərini müsbət qiymətləndiririk"

Siyasət Materials 10 Aprel 2006 17:39 (UTC +04:00)

Macırstanda parlament seçkiləri normal şəraitdə keçirilib və xarici müşahidəçilər tərəfindən müsbət qiymətləndirilir. Bu fikirləri Trend ə Macarıstanda səfərdə olan Azərbaycan Mərkəzi Seçki Komissiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.

Qeyd edək ki, MSK sədri Məzahir Pənahov və Rövzət Qasımov aprelin 9-da Macarıstanda keçirilən parlament seçkilərinin müşahidəsində iştirak ediblər. R.Qasımov Budapeşt şəhərində bir neçə seçki məntəqəsində müşahidə apardıqlarını deyib. Onun sözlərinə görə, müşahidə zamanı ciddi qanun pozuntularına rast gəlməyiblər. "Seçkilər sakit, normal şəkildə də başa çatıb. Artıq ilkin nəticələr məlumdur. Macarıstanın Mərkəzi Seçki Komissiyasının internet səhiəfəsində də yerləşdirilib. Beynəlxalq maüşahidəçilər, həmçinin biz Azərbaycan MSK-sının nümayəndələri hesab edirik ki, Macarıstanda yaxşı seçki keçirildi"-deyə R.Qasımov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti