...

İqbal Ağazadə: "Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzində təmsil olan partiyalar bir-birinə dəstək olacaq"

Siyasət Materials 10 Aprel 2006 18:12 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzində (MSƏM) təmsil olan partiyalar müxtəlif məsələlərdə bir-birinə dəstək olacaq. Bu barədə Trend ə MSƏM-in təsisçilərindən olan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

İ.Ağazadə deyib ki, MSƏM-in yaradılması ilə bağlı imzalanan sazişin ikinci bəndinə əsasən, Azərbaycanda demokratik cəmiyyətin qurulmasında, azad, ədalətli, şəffaf seçkilərin keçirilməsində və bu istiqamətdə bütün tədbirlərin təşkilində birgə fəaliyyət göstərəcəklər. Millət vəkili mərkəzdə təmsil olunan partiyaların qeydiyyat məsələləri ilə bağlı təşkil ediləcək aksiyalara da dəstək verəsəklərini söyləyib: "Qanunun tələblərinə cavab verən partiyanın dövlət qeydiyyatına alınmasına maneə yaradan qüvvələrə qarşı birgə mübarizə aparılacaq".

İ.Ağazadə onu da vurğulayıb ki, əsas məqsədlərindən biri də mərkəzdəki siyasi qüvvələrin hüquqlarının qorunması istiqamətində birgə fəaliyyət göstərməkdir.

Xəbər lenti

Xəbər lenti