...

Ramil Usubov: "Avropa standartlarına cavab verən qanunların qəbulu polisin fəaliyyətində mühüm rol oynayıb"

Siyasət Materials 10 Aprel 2006 20:08 (UTC +04:00)

Avropa standartlarına cavab verən qanunların qəbulu polisin fəaliyyətində mühüm rol oynayıb. Trend Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu sözləri aprelin 10-da Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov Avstriya Respublikası Ali Məhkəməsinin sədri İohann Jeşutla görüşündə söyləyib.

R.Usubov avstriyalı qonağa Daxili İşlər Nazirliyinin funksiyası, fəaliyyət istiqamətləri və kriminogen durumla bağlı məlumat verib. O, qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ötən dövrü ərzində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, eləcə də hüquq-mühafizə orqanlarında böyük işlər görülüb. Əsaslı hüquqi-demokratik islahatlar aparılıb və bu iş hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.

Nazir onu da vurğulayıb ki, daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq normalara uyğun qurulması üçün bir sıra struktur dəyişiklikləri aparılıb, yeni xidmət sahələri yaradılıb.

Polisin xidməti fəaliyyətində qarşılaşdığı problemlərə toxunan nazir son illər mütəşəkkil transmilli cinayətkarlığın qlobal xarakter aldığını, onun ayrı-ayrı növlərindən ölkəmizin də əziyyət çəkdiyini təəssüflə qeyd edib. Bu növ cinayətlərin qarşısının alınmasının yalnız beynəlxalq birliyin birgə səyləri nəticəsində mümkün olduğu vurğulanıb.

İohann Jeşut isə öz növbəsində qeyd edib ki, qeyri-leqal cinayətkarlığın qarşısının alınmasında birgə fəaliyyət göstərmək vacibdir.

Xəbər lenti

Xəbər lenti