...

"Yox" Hərəkatında partiya mənsubiyyəti olan bütün üzvlər təşkilatdan uzaqlaşdırılacaq

Siyasət Materials 12 Aprel 2006 12:48 (UTC +04:00)

"Yox" Hərəkatında siyasi partiya mənsubiyyəti olan bütün üzvlər bu təşkilatdan uzaqlaşdırılacaqlar. Bu barədə Trend ə "Yox" Hərəkatının təsisçisi və beynəlxalq məsələlər üzrə məsləhətçisi Razi Nurullayev məlumat verib. O bildirib ki, təşkilatda ayrı-ayrı siyasi partiyaların üzvü olan gənclər var. Buna görə də üzvlər tərəfindən bəzən ayrı-ayrı partiyaların maraqlarına, onların liderlərinin təbliğinə yönəlmiş fəaliyyətə cəhd göstərilir. Lakin R.Nurullayev qeyd edib ki, "Yox" Hərəkatının əsas məqsədi hansısa siyasi partiyanın maraqlarına xidmət etmək deyil, ölkədə demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, bütün sivil və demokratik dəyərlərin tətbiq olunmasına çalışmaqdır.

"Buna görə də təşkilatda siyasi partiya mənsubiyyəti olanların təmsilçiliyi məqsədəuyğun deyil. Təxminən 7-8 ay əvvəl bir qrup müsavatçı gənci bu səbəbdən uzaqlaşdırdıq. Yaxın günlərdə yenə hərəkat üzvlərinə rəsmi xəbərdarlıq ediləcək ki, mənsub olduqları siyasi partiyaların sıralarını tərk etsinlər. Əks halda partiya mənsubiyyətini saxlayanlar "Yox" Hərəkatından uzaqlaşdırılacaqlar. Təşkilatın Koordinasiya Şurası tərəfindən də bu məsələ razılaşdırılıb"-deyə Razi Nurullayev bildirib.

Xəbər lenti

Xəbər lenti