...

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi Dağlıq Qarabağla bağlı dəyirmi masa keçirib

Siyasət Materials 17 Aprel 2006 15:44 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) aprelin 17-də "Bölgədəki yeni situasiyanın Azərbaycana təsiri, Qarabağ problemində gözlənilən dəyişikliklər" mövzusunda dəyirmi masa keçirib. Trend xəbər verir ki, dəyirmi masada millət vəkilləri və "Azadlıq" siyasi blokunun nümayəndəsi də iştirak edib.

Tədbiri açan MSƏM-in təsisçilərindən olan Milli Dirçəliş Hərəkatının lideri Fərəc Quliyev bölgədə yaranan situasiyanın Dağlıq Qarabağ probleminə təsirindən danışıb. Bildirib ki, məlum problemin həllinin sürətləndirilməsi üçün Azərbaycanın tutduğu siyasi kursunda dəyişiklik etməlidir.

Daha sonra millət vəkilləri Nəsib Nəsibli və Fazil Qəzənfəroğlu çıxış edərək, ABŞ-İran münasibətlərinin kəskinləşməsi və bunun Azərbaycana təsirindən danışıblar. Qeyd ediblər ki, bu münaqişə müharibəyə çevrilərsə onda Azərbaycanı böyük təhlükələrlə üzləşəcək.

Çıxış üçün söz tədbirdə iştirak edən Azərbaycan Demokrae Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğluna vverilsə də, o, bundan imtina edib. Səbəbini isə belə bildirib: "Mən elə bilirdim ki, tədbiri Ümid partiyasının sədri İqbal Ağazadə keçirir. Ona görə də gəldim. Eyni zamanda mövzu ilə bağlı çıxışa hazırlıqlı deyiləm".

Tədbirdə siyasilər tələb ediblər ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların hansı mərhələdə olması barədə dövlət ictimaiyyətə açıqlama verməlidir.

Xəbər lenti

Xəbər lenti