Aprelin 17-də Tbilisidə demarkasiya və delimitasiya üzrə Azərbaycan-Gürcüstan dövlət komissiyalarının iclası keçirilir. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məsləhətləşmələrdə ölkəmizin nümayəndə heyətinə xarici işlər nazirinin müavini, komissiyanın Azərbaycan tərəfdən sədri Xələf Xələfov rəhbərlik edir.
Komissiyanın iclasının aprelin 17-də başa çatacağı, aprelin 18-də isə Azərbaycan nümayəndə heyətinin vətənə qayıdacağı gözlənilir.