...

Vurğun Əyyub: "Təklif var ki, müavinlik institutu əvəzinə İcra Aparatı formalaşdırılsın"

Siyasət Materials 18 Aprel 2006 15:40 (UTC +04:00)

Müsavat Partiyasının aprelin sonunda keçiriləcək Məclisində növbəti qurultayın vaxtı müəyyənləşdiriləcək. Bu barədə Trend ə Müsavat Partiyasının qurultayına hazırlıq üzrə təşkilat komitəsinin sədri, partiya başqanının birinci müavini Vurğun Əyyub bildirib.

V.Əyyub bildirib ki, təşkilat komitəsinin iclasında qurultaya hazırlıqla bağlı bəzi məsələlər müzakirə olunub: "Müxtəlif təkliflər var ki, onların müzakirəsi Məclisdə aparılmalıdır". V.Əyyub bu sırada partiyanın nizamnaməsində bəzi dəyişikliklərlə bağlı edilən təklifləri xüsusilə qeyd edib. Bildirib ki, təşkilat komitəsi üzvlərinin əksəriyyəti Məclis rəhbərliyinin formalaşması, təşəbbüs institutunun yaradılması təklifi ilə çıxış ediblər.

"Başqan müavinlərinin səlahiyyətlərinin artırılması və yaxud da, ümumiyyətlə, müavinlik institutunun ləğvi ilə bağlı təkliflər səslənibmi" sualımıza V.Əyyub belə cavab verib: "Təklif var ki, müavinlik ləğv edilib əvəzində İcra Aparatı formalaşdırılsın. Belə təkliflər partiyanın rəhbər orqanlarında müzakirə edildikdən sonra qurultayın gündəliyinə daxil ediləcək".

Xəbər lenti

Xəbər lenti