...

Azərbaycan prezidenti "Avrasiyada ilin adamı" fəxri adına layiq görülüb

Siyasət Materials 18 Aprel 2006 16:27 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin "Ekovitrin" jurnalına müsahibə verib. Bu barədə Trend məlumat yayıb.

Dövlət başçısı Azərbaycan iqtisadiyyatının yüksək artım sürətindən, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin reallaşdırılmasından, xarici investisiyaların respublika iqtisadiyyatına cəlb edilməsindən və digər məsələlərdən danışıb.

"Ekovitrin" jurnalının müxbirləri Kamran Abacıoğlu və Şərəf Ozat jurnalın münsiflər heyətinin qərarına görə Azərbaycan prezidentinin "Avrvsiyada ilin adamı" fəxri adına layiq görüldüyünü bildiriblər. Qeyd olunub ki, bu mükafatın Azərbaycan dövlətinin başçısına bu ilin may ayında təqdim olunacağı ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti