Aprelin 27-də Avropa Şurasının müşahidəçi qrupu Bakıya gələcək. Bu barədə Trend ə AŞ-nin Azərbaycandakı informasiya ofisindən məlumat verilib.
"Qrupun tərkibinə AŞ-nin 7müşahidəçisi daxildir", - deyə ofisdən bildirilib. Missiyanın tərkibinə AŞ Parlament Assambleyasının həmməruzəçiləri Andreas Qross və Andres Herkel daxil deyil.
Qeyd edək ki, qrup Azərbaycana mayın 13-də respublikanın 10 seçki dairəsində parlamentə keçiriləcək təkrar seçkilərin monitorinqini aparmaq məqsədilə gəlir.