...

Fazil Qəzənfəroğlu: "ABŞ-ın qondarma "DQR"-in nümayəndəliyini QHT kimi qeydiyyata almasını Milli Məclisdə müzakirəyə çıxaracağıq"

Siyasət Materials 18 Aprel 2006 18:15 (UTC +04:00)

ABŞ Ədliyyə Nazirliyi tərəfindən "Dağlıq Qarabağ Respublikası"nın nümayəndəliyinin QHT kimi qeydiyyata alınması məsələsinin Milli Məclisdə müzakirə edilməsinə çalışacağıq. Bu barədə Trend ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Millət vəkili onu da qeyd edib ki, məlum məsələ Dağlıq Qarabağ problemnin həllinə heç bir təsir göstərməyəcək: "Ancaq parlamentin növbəti iclasında bu məsələ müxalifət deputat qrupunun üzvləri tərəfindən qaldırılacaq və ABŞ-ın Azərbaycana qarşı tutduğu belə mövqeyi pisləniləcək".

F.Qəzənfəroğlu onu da bildirib ki, parlamentlə yanaşı Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi də bu məsələyə öz münasibətini bildirməli və ABŞ-ın müvafiq dövlət qurumlarına etiraz etməlidirlər.

Xəbər lenti

Xəbər lenti