...

Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Siyasət Materials 20 Aprel 2006 19:39 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, aprelin 20-də Azərbaycan prezidenti İlham Əliyevlə onun ukraynalı həmkarı Viktor Yuşenko arasında telefon danışığı olub.

Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, söhbət zamanı V.Yuşenko azərbaycanlı həmkarını Ukraynadakı parlament seçkilərinin gedişi və nəticələri haqqında məlumatlandırıb.

Öz nöbvəsində, İ.Əliyev Ukraynadakı parlament seçkilərinin demokratik şəkildə uğurla başa çatması münasibətilə V.Yuşenkonu təbrik edib.

Tərəflər həmçinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirərək energetika sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Söhbət Ukrayna tərəfinin təşəbbüsü baş tutub.

Xəbər lenti

Xəbər lenti