...

Hacıağa Nuri: "İran İslam Respublikasının rəhbərləri ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdik"

Siyasət Materials 21 Aprel 2006 12:36 (UTC +04:00)

Azərbaycan İslam Partiyası (AİP) və Vəhdət Partiyasının sədrləri İran İslam Respublikası parlamentinin dəvəti ilə Tehranda Qüds və Fələstin xalqlarının hüquqlarının müdafiəsinə həsr olunan beynəlxalq konfransda iştirak ediblər. Bu barədə Trend ə AİP sədri Hacıağa Nuri bildirib.

Partiya sədri qeyd edib ki, konfransda 50 dövlətin nümayəndəsi iştirak edib: "Konfrans ərəfəsində İranın prezidenti, parlamentin spikeri, konfras başa çatdıqdan sonra isə ölkənin ali dini rəhbəri ilə Xamneyi ilə görüşdük". H.Nuri onu da vurğulayıb ki, bu görüşlərdə İranın dövlət rəhbərləri onlarla türk dilində danışıblar. Azərbaycandakı ictimai-siyasi vəziyyətlə maraqlanıblar. Azərbaycanın nümayəndə heyəti onlarla Dağlıq Qarabağ məsələsini və Ermənistanın işğalçı siyasəti ilə bağlı məsələləri müzakirə ediblər.

H.Nuri onu da vurğulayıb ki, İran İslam Respublikasının ali dini rəhbəri ilə görüşdən sonra o, görüşdə iştirak edənlərə Məşhəd ziyarəti hədiyyə edib: "Tehrana gedən nümayəndə heyətimizin iki üzvü şəxsi işləri ilə bağlı olaraq Azərbaycana qayıtdılar. Mən və Vəhdət Partiyasının sədri Tahir Kərimli Məşhədi ziyarət etdik".

Partiya sədri onu da vurğulayıb ki, konfransda iştirak edən müsəlman dövlətlərinin bəzi rəhbərləri ilə də Dağlıq Qarabağ mövzusunda müzakirələr aparıblar.

Xəbər lenti

Xəbər lenti