"Dalğa" Gənclər Hərəkatı aprelin 29-da Bakıdakı "Qələbə" meydanında mitinq keçirməyi planlaşdırır. Bu barədə Trend ə "Dalğa" Hərəkatının sədri Ramin Hacılı məlumat verib. O, bildirib ki, aksiya ilə əlaqədar aprelin 24-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Məktubda həmçinin aksiyanın ssenarisini də paytaxt rəhbərliyinə təqdim ediblər.
Qeyd edək ki, gənclər təşkilatları Budapeşt şəhər məhkəməsinin Azərbycan ordusunun zabiti Ramil Səfərovə ömürlük həbs cəzası verməsinə etiraz olaraq mitinq keçirməyi qərara alıblar. Aksiyada Ramil Səfərovun hüquqlarının müdafiəsi, onun barəsində çıxarılmış ədalətsiz məhkəmə qərarının dəyişdirilməsi istiqamətində işlər görülməsi üçün müraciətlər edilməsi planlaşdırılırır.
Qeyd edək ki, "Dalğa" Hərəkatı mitinq keçirilməsi ilə bağlı ötən həftə də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərmişdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti aprelin 22-ə planlaşdırılan mitinqə izacə verməyib və bu səbəbdən həmin aksiya aprelin 29-na təxirə salınıb.