Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti bu il mayın 30-31-də Tallində keçiriləcək Avropa Şurası ölkələri parlamentləri sədrlərinin Avropa Konfransında iştirak edəcək. Trend in Estoniya parlamentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbir Avropa Şurası Parlament Assambleyasının dəstəyi ilə təşkil olunub.
Konfrans iki əsas mövzunun: "Parlament diplomatiyası vasitəsilə körpülərin salınması" və "Plüralist demokratiyanın təbliğində parlamentarilərin rolu: evdə və xaricdə" müzakirəsinə həsr olunub.
Nümayəndə heyətinin tərkibinə Əli Hüseynov, Gültəkin Hacıyeva, Səfa Mirzəyev, Rəşid İbrahimov, Firudin Hacıyev, Ruslan İsmayılov, Akif Nəsirov, Ruslan Abdullayev, Rafael Qəmbərov, Cəmil Musayev, Rövşən Həsənov və Elmar Əlizadə daxildir.