...

İyulun 13-də Ceyhanda BTC neft kəmərinin istismara verilməsi ilə bağlı mərasim keçiriləcək

Siyasət Materials 26 Aprel 2006 16:11 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin istismara verilməsi ilə bağlı mərasimin 2006-cı il iyulun 13-də keçirilməsi planlaşdırılır. Trend in Türkiyə KİV-ə istinadən yaydığı xəbərə görə, bu barədə BTC-nın Türkiyə hissəsinin layihə direktoru Osman Göksəl bəyan edib.

Onun sözlərinə görə, BTC boru kəməri vasitəsilə Azərbaycan nefti Ceyhan limanındakı terminala bu il mayın 27-dən tez çatmayacaq. Rəsmi mərasim isə iyulun 13-nə planlaşdırılıb.

O.Göksəl bildirib ki, yaxın 4 gün ərzində neft Sivas şəhəri yaxınlığında yerləşən sonuncu nasos stansiyasına çatacaq və artıq mayın birinci yarısında boru kəmərinin Sivas-Ceyhan kəsiyində olacaq.

"Ceyhan limanından ilk tankerin Azərbaycan nefti ilə doldurulması mayın 27-nə nəzərdə tutulub", - deyə o, sonda bildirib.

Xəbər lenti

Xəbər lenti