...

Gəncə yol polisi növbəti reyd keçirib

Siyasət Materials 27 Aprel 2006 12:53 (UTC +04:00)

Dünən gecə Gəncə şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi şəhərin bir neçə küçəsində reyd keçirib. Reyd yol hərəkəti təhlükəsizliyi aylığı çərçivəsində baş tutub.

Qeyd edək ki, bu aylıq aprelin 15-dən başlayıb, mayın 15-ə kimi davam edəcək. "Sərxoş sürücü təhlükə mənbəyidir" devizi altında təşkil olunan reyddə 2 yol polisi əməkdaşından ibarət qrup iştirak edib. Nəticədə onlarla yol hərəkəti qaydalarının pozulması halları qeydə alınıb.

Qayda pozucuları arasında sərxoşlar da olub. Saxlanılan sürücülərin sənədləri götürülüb, özlərini isə həkim müayinəsindən keçirmək üçün xəstaxanaya aparılıb.

Yol Polisi şöbəsindən verilən məlumata görə, aprelin 15-dən 25-ə kimi 525 yol hərəkətinin pozulması faktı qeydə alınıb. Onlardan 42-si sərxoşluqla bağlıdır.

Xəbər lenti

Xəbər lenti