ABŞ-da rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Denis Hastertlə görüşüb. Trend in "Azərtac"a istinadən verdiyi məlumata görə, D. Hastert bildirib ki, iki ölkə arasında əməkdaşlığın inkişafı qanunvericilik sahəsini də əhatə etməlidir və bu istiqamətdə səylərin davam etdirilməsi vacibdir.
Azərbaycan dövləti başçısının sözlərinə görə, ABŞ-a hazırki səfər dövlətlərarası münasibətlərin inkişafında yeni səhifə açır. Görüşdə Azərbaycan və ABŞ arasında əməkdaşlığın müxtəlif sahələrinin, o cümlədən, qlobal enerji layihələrinin reallaşdırılması və regional təhlükəsizliyin təmin edilməsinin inkişafı məsələləri müzakirə olunub.