...

Qüdrət Həsənquliyev: Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün ABŞ, Türkiyə və NATO ilə daha sıx əməkdaşlıq etməlidir

Siyasət Materials 28 Aprel 2006 13:23 (UTC +04:00)

Azərbaycan ABŞ-la İran arasındakı qarşıdurmada öz təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ, Türkiyə və NATO ilə daha sıx əməkdaşlıq etməlidir. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycanın Milli Məclisinin deputatı, Azərbaycan Vahid Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Regional Təhlükəsizlik Bürosunun təşkil etdiyi dəyirmi masada iştirak edərkən bəyan edib.

Onun sözlərinə görə, İranın Ali Dini Şurası başçısının müharibə olarsa, İranın ABŞ-ın maraqlarını təmsil edən bütün nöqtələrə zərbə endirəcəyi barədə bəyanatı Azərbaycan rəhbərliyinin diqqətindən kənarda qalmamalıdır.

"ABŞ-ın Azərbaycanda böyük iqtisadi maraqlara - boru kəməri, platformalar və s. - malikdir. Ona görə də Tehranın bu cür bəyanatları cavabsız qalmamalıdır", - deyə Q.Həsənquliyev bəyan edib.

Parlament üzvlərinin iştirak etdikləri dəyirmi masada regionda yaranan vəziyyət, onun Azərbaycana təsiri və vəziyyətdən çıxış yolları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti