...

Nazim İbrahimov: "Amerika Yəhudiləri Komitəsinin 100 illik yubileyi münasibətilə ABŞ-da keçirilən tədbirlərdə iştirakım böyük əhəmiyyət daşıyır"

Siyasət Materials 1 May 2006 18:07 (UTC +04:00)
Nazim İbrahimov: "Amerika Yəhudiləri Komitəsinin 100 illik yubileyi münasibətilə ABŞ-da keçirilən tədbirlərdə iştirakım böyük əhəmiyyət daşıyır"

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ABŞ-da səfərdədir. Bu barədə Trend ə Nazim İbrahimov özü məlumat verilib. O, bildirib ki, Amerika Yəhudiləri Komitəsinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək irimiqyaslı tədbirlərdə iştirak üçün ABŞ-a dəvət olunub. Onun sözlərinə görə, mayın 4-də Vaşinqton şəhərində Amerika Yəhudiləri Komitəsinin 100 illik yubileyi ilə bağlı böyük bir konfrans keçiriləcək. Həmin tədbirdə ABŞ prezidenti, Almaniyanın, Avstriyanın, İzrailin baş nazirləri, həmçinin başqa dövlətlərin nazirləri, yüksək rütbəli dövlət nümayəndələri, çoxsaylı nüfuzlu qonaqlar iştirak edəcəklər. Azərbaycanı isə bu mərasimdə Nazim İbrahimov təmsil edəcək.

Komitə sədri bildirib ki, o, hazırda ABŞ-ın Nyu-York şəhərindədir. Mayın 3-də Vaşinqtona yola düşəcək. Mayın 4-də paytaxtda keçirilən yubiley mərasiminə qatılacaq. Nyu-Yorkda Azərbaycan diaspor təşkilatları ilə artıq görüşlər keçirdiyi deyən Nazim İbrahimov bildirib ki, Vaşinqtonda da azərbaycanlılarla görüşləri olacaq. O, həmçinin dünyanın müxtəlif ölkələrində, o cümlədən də ABŞ-da yaşayan Azərbaycan və yəhudi icmaları arasında yaxın əlaqələrin, əməkdaşlığın olduğunu qeyd edib. Bildirib ki, Amerika Yəhudiləri Komitəsinin 100 illik yubileyi münasibətilə keçirilən yüksək səviyyəli tədbirlərdə iştirakı bu əlaqələrin daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, azərbaycanlı və yəhudi diasporları arasında sıx əməkdaşlıq qurulması Azərbaycanın da maraqlarına uyğundur.

N.İbrahimov bildirib ki, ABŞ səfəri mayın 7-də başa çatacaq və Bakıya qayıdacaq.

Xəbər lenti

Xəbər lenti