...

Pakistan, İran və Türkiyənin yüksək vəzifəli şəxsləri Bakıda üçtərəfli danışıqlar aparıb

Siyasət Materials 4 May 2006 13:25 (UTC +04:00)

Mayın 4-də Pakistan, İran və Türkiyənin yüksək vəzifəli şəxsləri Bakıda üçtərəfli danışıqlar aparıb. Trend in xəbər verdiyi kimi, görüşdə İranın xarici işlər naziri Manuçöhr Mottəki, Pakistanın xarici işlər naziri Əbdül Səttar və Türkiyənin dövlət naziri Bəşir Atalay iştirak edib.

Görüş "Park Inn" otelində qapalı rejimdə keçirilib və təxminən 1 saat davam edib. Mətbuat üçün məsləhətləşmələrin yekunları ilə bağlı heç bir bəyanat verilməyib.

Qeyd edək ki, mayın 4-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri xarici işlər nazirləri Şurasının iclası keçirilir. Mayın 5-də isə təşkilatın zirvə toplantısı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti