...

AŞPA-nın Siyasi Komitəsi Cənubi Qafqazda sabitlik Paktının hazırlanması məsələsi ilə bağlı dinləmə keçirəcək

Siyasət Materials 6 May 2006 11:31 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, mayın 12-də Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsi Brüsseldə Cənubi Qafqazda sabitlik Paktının hazırlanması məsələsi ilə bağlı dinləmə keçirəcək. Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirak edəcəyi bu dinləmədə belə paktın gerçəkləşdirilməsi perspektivləri müzakirə mövzusu olacaq. Komitənin iclasında, həmçinin, Avropa Birliyi, "G8" və Dünya bankının yüksək vəzifəli şəxsləri iştirak edəcəklər.

Məruzəçi Adrian Severin (Rumıniya) iclasın açılışı və bağlanışında nitqlə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti