...

Hacıbala Abutalıbov: Dəmiryolu vağzalından Fizuli meydanına qədər istirahət parkı inşa ediləcək

Siyasət Materials 10 May 2006 17:00 (UTC +04:00)
Hacıbala Abutalıbov: Dəmiryolu vağzalından Fizuli meydanına qədər istirahət parkı inşa ediləcək

Yaxın vaxtlarda Bakı ərazisində dəmiryolu vağzalından Fizuli meydanına qədər istirahət parkı inşa ediləcək. Trend in xəbərinə görə, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib.

H.Abutalıbov bildirib ki, parkın inşası ilə əlaqədar Fizuli və Ş.Bədəlbəyli küçələrindəki mənzillərin sakinləri köçürüləcək və həmin evlər söküləcək. Park mərhum prezident Heydər Əliyevin adını daşıyacaq.

"İnşa ediləcək istirahət obyektinin layihəsi tam hazırdır. Parkın inşası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti artıq bir sıra işlər görməyə başlayıb. Yaxın vaxtlarda isə bu işləri intensivləşdirəcəyik" - deyə H.Abutalıbov qeyd edib.

Xəbər lenti

Xəbər lenti