...

Ziya Məmmədov: Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat nazirləri iyun ayında görüşücək

Siyasət Materials 12 May 2006 19:13 (UTC +04:00)
Ziya Məmmədov: Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat nazirləri iyun ayında görüşücək

Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə ekspertlərinin görüşü zamanı iyun ayında bu ölkələrin nəqliyyat nazirlərinin görüşünü təşkil etmək haqqında qərar qəbul edilib. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazirlər hökumət rəhbərlərinə təqdim olunacaq layihənin son variantını qəbul edəcək. Hazırda texniki-iqtisadi əsaslandırmanın üç variantı var. Layihənin orta dəyəri təxminən $400 mln. təşkil edir. Lakin Gürcüstan layihə üzrə iradlarını bildirmək istəyir. Bunun mahiyyəti nazirlərin görüşündən sonra məlum olacaq.

Xəbər lenti

Xəbər lenti