38 saylı Nizami ikinci (Gəncə) dairəsi üzrə səsvermənin saat 13.00-a olan məlumata görə, seçicilərin 4930 nəfəri müvafiq seçki məntəqələrinə gedərək səs verib. Bu da həmin dairə üzrə seçicilrinin ümumi sayının 14,69%-nə bərabərdir.
Dairə seçki komissiyasının sədri İbrahim Cəfərovun verdiyi i məlumata görə, dairədəki 25 seçki məntəəqəsi üzrə bütün hazırlıq işləri aparılıb, lazımi avadanlıqlarla təchiz olunub.
İ.Cəfərov onu da bildirdi ki, dairə üzrə 24 128 seçici adı siyahıya salınıb. Seçicilərin səsvermə aktivliyi günün birinci yarısında hiss olunub. Səsevrmənin gedişi ilə bağlı elə bir neqativ hall qeydə alınmayıb, yalnız 5 saylı seçki məntəqəsində bir sıra neqativ hallar qeydə aınıb. Qanunsuzluqlar əsasən seçicilərin kütləvi şəkildə səsverməsi və polis müdaxiləsi ilə bağlıdır.
İ.Cəfərov bu məsələ ilə bağlı bildirir ki, 5 saylı məntəqədə problemlə yerində tanış olub, səsvermə bərpa olunub.