...

Hərbçilər səsvermədə aktiv iştirak edirlər

Siyasət Materials 13 May 2006 16:08 (UTC +04:00)

Mayın 13-də parlamentə keçirilən təkrar seçkilərlə əlaqədar bəzi hərbi hissə ərazilərində yaradılmış səsvermə məntəqələrinə gələn əsgərlər səsvermədə aktiv iştirak edirlər. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

"Hərbi hissələrdə ümumilikdə 7 səsvermə məntəqəsi fəaliyyət göstərir. Dəqiq hesablama hələlik aparılmasa da, həmin hərbi hissə rəhbərliklərinin verdikləri məlumatlara əsasən, əsgərlərin böyük hissəsi artıq səsvermədə iştirak edib" - deyə İ.Verdiyev bildirib.

İ.Verdiyev onu da qeyd edib ki, hərbi hissələrdəki səsverməni Müdafiə Nazirliyinin nümayəndələri, o cümlədən, yerli və xarici müşahidəçilər izləyir.

Xəbər lenti

Xəbər lenti