...

MSK-nın iclasında şikayətlərə baxılıb

Siyasət Materials 13 May 2006 18:02 (UTC +04:00)

Mayın 13-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Trend in məlumatına görə, iclasda MSK-ya daxil olan şikayətlərə baxılıb.

MSK üzvləri 9 saylı Binəqədi ikinci, 42 saylı Sumqayıt ikinci, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələrindən daxil olan şikayətlər barədə məlumat veriblər. 9 saylı dairədən namizəd olan Dünyamalı Vəliyev digər bir namizədin pul paylaması barədə şikayət yazıb. Onun müraciətinin araşdırma aparılması üçün dairə seçki komissiyasına göndərilməsi qərara alınıb. 110 saylı dairədən namizəd Elmira Məmmədovanın səlahiyyətli nümaynədəsi digər namizəd Hikmət Atayevə səs verilməsi üçün pul paylandığını iddia edib. MSK üzvləri bildirib ki, bunu sübut etmək üçün göndərilən videokasetdə həmin iddia öz əksini tapmayıb, əksinə, iddiaçılar özləri özlərini ifşa ediblər. Bu şikayətin təmin olunmaması barədə qərar çıxarılıb. 110 saylı dairədən namizəd Hikmət Atayevin əleyhinə eyni məzmunda MSK-ya bir neçə şikayət daxil olub. MSK sədri Məzahir Pənahov bildirib ki, eyni motivli şikayətlər müxtəlif adamların adından yazıldığından şikayətçilərin özləri araşdırılmalıdır.

42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizəd Mirmahmud Fəttayevin səlahiyyətli nümayəndəsinin şikayəti ilə bağlı MSK nümayəndələri araşdırma aparmağa başlayıblar. 119 saylı Ağdam kənd seçki dairəsində seçicilərin avtobusla məntəqələrə gətirilməsi, həmçinin bu dairənin 29 saylı məntəqəsində mürəkkəbdən istifadə olunmaması barədə şikayətlər verilib. MSK-nın iclasında şikayətlərin bir qismi təmin edilməyib, bir qisminin araşdırılmasına qərar verilib.

Xəbər lenti

Xəbər lenti