Mayın 15-də Azərbaycan prezidenti İlham Əliyev Yaponiyanın Bakıdakı səfiri Tadaxiro Abeni qəbul edib.
Trend in verdiyi məlumata görə, dövlət başçısı özünün Tokioya rəsmi səfərinin səmərəliliyi barədə və bu ölkənin baş naziri ilə keçirdiyi danışıqları xatırladıb. İ.Əliyev iki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
T.Abe onun ölkəsinin Azərbaycan prezidentinin Yaponiyaya səfərini yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, səfər yapon biznesmenlərinə ölkənin iqtisadi inkişafı barədə hərtərəfli məlumat almaq üçün yaxşı imkanlar verib.