...

"Cənubi Qafqaz" Araşdırmalar Mərkəzi ABŞ-İran münasibətlərinə dair ekspertlərin sorğusunu keçirib

Siyasət Materials 19 May 2006 18:18 (UTC +04:00)

"Cənubi Qafqaz" Araşdırmalar Mərkəzi son vaxtlar ABŞ-İran münasibətlərində yaranmış gərginliyi nəzərə alaraq ənənəvi reytinq sorğusu ilə yanaşı, bu ay yeni bir sosioloji tədqiqat aparıb. Mərkəzdən Trend ə verilən məlumata görə, burada məqsəd İranın nüvə proqramı ətrafında yaranmış böhranla bağlı Azərbaycan ekspertlərinin fikrini müəyyənləşdirməkdir. 6 sualdan ibarət olan bu sorğuda 100-ə yaxın ekspert iştirak edib.

"ABŞ-ın yaxın zamanlarda İrana hərbi müdaxiləsi nə qədər realdır" sualına ekspertlərin 37,5%-i "tam realdır", 31,1% isə "İraq kampaniyasının sonuna kimi ABŞ-ın İrana hərbi müdaxiləsi baş verməyəcək" deyib. Həmin suala cavab verən respondentlərin 14,4%-i ABŞ-ın İran rejiminin və ordusunun gücünü bildiyi üçün yaxın zamanlarda İrana qarşı hərbi müdaxiləsinin real olmadığı qənaətindədir. 16,7% bu suala cavab verməyə çətinlik çəkib.

"Hərbi əməliyyatlar başlanarsa, Azərbaycan Antiiran kampaniyasına və ya koalisiyasına qoşulmalıdırmı" sualına münasibət bildirən ekspertlərin 33,3%-i bunun mütləq olduğunu hesab edir. 26,7% isə bunun tam əleyhinədir. Ekspertlərin 37,7%-i isə düşünür ki, bu haqda qərarı yalnız hərbi əməliyyatlar başlanandan və hadisələrin gedişinə baxandan sonra vermək lazımdır. Respondentlərin cəmi 2,2 %-i bu suala cavab verməyib. "Hərbi əməliyyatların başlanacağı təqdirdə Azərbaycanın qarşılaşa biləcəyi təhlükələrin hansı daha real və təhlükəlidir" sualında ekspertlərə konkret variantlar təqdim olunub. Nəticədə respondentlərin 37,8 %-i İranın Azərbaycana cavab zərbəsini, 46,7%-i İrandan Azərbaycana qaçqınların kütləvi şəkildə gələcəyi halda humanitar faciənin yaranma təhlükəsini, 5,6%-i Azərbaycanın özündən xaricə gedənlərin sayının artacağını, 24,4%-i islam terrorçularının Azərbaycan ərazisində həyata keçirəcəkləri terror əməliyyatlarını, 4,4%-i isə islam təməlçilərinin Azərbaycanda nüfuzunun artması və burada daha bir İsla
m respublikasının yaranma ehtimalını, 5,6%-i Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə gözlənilməz hücumunu, 13,3%-i xaricilərin ölkəmizi kütləvi şəkildə tərk etməsini təhlükəli hesab edir. Sorğuda İranla, Dağlıq Qarabağla bağlı digər suallar da yer alıb.

Xəbər lenti

Xəbər lenti