...

Azad Rəhimov: Bu il Azərbaycan Pekin Olimpiadasına ilk lisenziyaları qazana bilər

Siyasət Materials 19 May 2006 18:40 (UTC +04:00)
Azad Rəhimov: Bu il Azərbaycan Pekin Olimpiadasına ilk lisenziyaları qazana bilər

"Bu il Azərbaycan Pekin Olimpiadasına ilk lisenziyaları qazana bilər". Bu barədə gənclər və idman naziri Azad Rəhimov bu vəzifəyə təyin olunmasının 100 günü münasibətilə keçirilmiş mətbuat konfransında bəyan edib.

Trend in xəbər verdiyi kimi, nazir qeyd edib ki, cari mövsümdə yerli atletlər stend və güllə atıcılığı proqramı üzrə vakansiya uğrunda mübarizə aparacaq.

2008-ci il Avropa çempionatının seçmə turniri çərçivəsində Ermənistan və Azərbaycan yığmaları arasında oyunun keçirilməsi imkanları ilə bağlı Nyonda hər iki ölkə və UEFA arasında keçirilmiş üçtərəfli danışıqlara gəlincə, A.Rəhimov vurğulayıb ki, Avropa Futbol İttifaqı bu məsələ ilə bağlı nə zaman qərar verəcəyini konkret olaraq müəyyən etməyib. Ancaq o, görüşün İsveçrə və ya Fransada keçiriləcəyi ilə bağlı bir sıra Ermənistan KİV-nin məlumatını təkzib edib.

Nazir etiraf edib ki, yeni vəzifədə işindən tam razı deyil. Belə ki, sənədlərlə lazımi qaydada tanış ola bilməyib. "Üç ay struktur və kadr məsələlərinin həllinə sərf olunub", - deyə nazir vurğulayıb. O qeyd edib ki, tezliklə Bakıda buz medançasının açılışı gözlənilir. Burada qış idman növləri də inkişaf etdirilicək. Azərbaycanın xokkey komandasının yaradılacağı da istisna olunmur. Bir sıra aparıcı məşqçilər isə yeni başlayan fiqurçularla işə cəlb olunacaq.

Xəbər lenti

Xəbər lenti