...

Azərbaycanın xarici işlər naziri Strasburqda bir sıra görüşlər keçirib

Siyasət Materials 19 May 2006 20:35 (UTC +04:00)

Mayın 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 116-cı iclasında çıxış edib. Nazir rəsmi Bakının İnsan haqları üzrə Avropa Konvensiyasının 14-cü protokolunu ratifikasiya etdiyi barədə məlumat verib. Bu barədə Trend İctimai televiziyaya istinadən məlumat verib.

Çıxışından sonra Azərbaycan XİN rəhbəri bu protokolun ratifikasiyası barədə sənədi AŞ-nın baş katibi Terri Devisə təqdim edib.

Elə bu gün (mayın 19 -da) Strasburqda GUAM üzvü olan ölkələrin XİN rəhbərlərinin görüşü keçirilib.

Daha sonra Azərbaycanın xarici işlər naziri Sloveniya XİN rəhbəri Dmitri Rupel, gürcü həmkarı Gela Bejuaşvili, eləcə də, AQO qrupunun rəhbəri Ronald Veqenerlə ikitərəfli görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti