...

Azərbaycanın Rusiyadakı səfiri Respublika günü münasibətilə bayram qəbulu təşkil edəcək

Siyasət Materials 24 May 2006 16:43 (UTC +04:00)

Azərbaycanın milli bayramı - 28 may günü münasibətilə mayın 26-da "Mariott Qrand Otel"in banket zalında təşkil olunacaq qəbula Rusiya prezident administrasiyasının əsas şəxsləri, eləcə də Rusiyanın hakimiyyət, Federasiya Şurası, Dövlət Duması, nazirlik və idarələrinin nümayəndələri dəvət olunub. Bu barədə Trend in Rusiyadakı xüsusi müxbirinə Azərbaycan səfirliyindən məlumat verilib.

Bundan əlavə, tədbirdə Rusiya prezidenti yanında İctimai Palata, ictimai-siyasi dairələr, mədəniyyət, incəsənət, səhiyyə, biznes elitası, eləcə də Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları geniş tərkibdə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti