...

Azərbaycan və Ukraynanın müdafiə nazirləri GUAM çərçivəsində birgə sülhməramlı kontingent yaratmaq haqqında razılığa gəliblər

Siyasət Materials 30 May 2006 19:58 (UTC +04:00)

GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) silahlı qüvvələrinin baş qərargah rəislərinin müavinləri iyunun ortalarında birgə sülhməramlı kontingentin yaradılmasını müzakirə edəcək. Bu barədə, Ukrayna Müdafiə Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata əsasən, Ukrayna hərbi qurumunun rəhbəri Anatoliy Qritsenko ilə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bu gün Bakıda keçirilmiş görüşdə razılığa gəlib.

Trend agentliyi "İTAR-TASS"a istinadən xəbər verir ki, məsələnin ətraflı öyrənilməsi üçün Qritsenko S.Əbiyevə GUAM müdafiə nazirləri ilə payızda görüşməyi təklif edib.

Mayın 23-də Ukrayna prezidenti Viktor Yuşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Azərbaycan prezidenti İlham Əliyev və Moldova prezidenti Vladimir Voronin "GUAM - demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat"ın nizamnaməsini təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti