...

Azadlıq Hərəkatçılar Birliyi Gənc Hərəkatçılar Təşkilatı "Yeni Fikir" Gənclər Təşkilatına müraciət edib

Siyasət Materials 31 May 2006 15:26 (UTC +04:00)

Azadlıq Hərəkatçılar Birliyi (AHB) Gənc Hərəkatçılar Təşkilatı "Yeni Fikir" Gənclər Təşkilatına müraciət göndərib. Bu barədə Trend ə AHB Ali İcra Heyətinin sədri Təhmasib Novruzov bildirib.

T.Novruzov bildirib ki, müraciətin göndərilməsində məqsəd Ermənistanın kəşfiyyat orqanları ilə iş birliyində ittihamlanaraq həbs edilən Ruslan Bəşirlinin siyasi məhbus kimi gündəmdən çıxarılması ilə bağlı məsələləri dinc yolla həll etməkdir. Onu da qeyd edək ki, müxalifət düşərgəsini təmsil edən qüvvələrin gənclər təşkilatları Ruslan Bəşirlini siyasi məhbus kimi gündəmdə saxlamasına etiraz olaraq AHB gəncləri bir neçə dəfə Azərbaycan Xalq Cəbhəsi partiyasının qərargahı qarşısında piketlər keçirib.

T.Novruzov bildirib ki, məsələyə danışıqlar yolu ilə aydınlıq gətirmək üçün R.Bəşirlinin sədri olduğu "Yeni Fikir" Gənclər təşkilatına müraciət ediblər: "Müraciətə cavab verməsələr və Ruslan Bəşirlini yenə də qəhraman kimi beynəlxalq təşkilatların diqqətində saxlasalar, onda hərəkatımızın gəncləri yenidən etiraz aksiyaları keçirəcəklər".

Xəbər lenti

Xəbər lenti