...

Etibar Pirverdiyev: "Azərenerji" idarə olunan şəbəkələrdə yeni uçot sisteminin quraşdırılmasına başlayır

Siyasət Materials 31 May 2006 18:04 (UTC +04:00)
Etibar Pirverdiyev: "Azərenerji" idarə olunan şəbəkələrdə yeni uçot sisteminin quraşdırılmasına başlayır

Yaxın günlərdə "Azərenerji" SC idarə olunan şəbəkələrdə əhali üçün yeni uçot sistemi və sayqacların quraşdırılmasına başlayacaq. Trend agentliyinin məlumatına əsasən, bu barədə "Azərenerji"nin prezidenti Etibar Pirverdiyev bildirib. Gələcəkdə sayqaclar SC-nın enerji paylaşdırılması ilə məşğul olduğu bütün regionlarda quraşdırılacaq.

Əvvəllər "Azərenerji" yerli icra hakimiyyəti ilə birgə Bayva şirktəindən alınan paylaşdırıcı şəbəkələrdə abunəçilərini siyahıya alıb. Bu paylaşdırıcı şəbəkələrin bərpası üçün "Azərenerji" Azərbaycan Beynəlxalq Bankından və Fransanın Societe Generale bankından kreditlər alıb. Bu vəsaitlərə Qazaxıstandan 10 min sayqac alınıb.

Sayqacların alınma və quraşdırılması ilə yanaşı "Azərenerji" yerli şəbəkələri müasirləşdirilmək, transformator təsərrüfatı, elektrik xətlləri və sıradan çıxmış izolyatorları təzələmək niyyətindədir.

Bayva bu prosesə təxminən $200 mln. yatırmağı planlaşdırırdı, lakin "Azərenerji"-də hesab edirlər ki, bunun üçün 3-4 dəfə artıq vəsait lazımdır.

Xəbər lenti

Xəbər lenti