İyul ayında Gürcüstanda GUAM ölkələri Gənclər Forumuna daxil olan gənclər Təşkilatlarının ilk elmi-parktik konfransı keçiriləcək. Bu barədə Trend ə "İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Fərhad Məmmədov bildirib.
F.Məmmədovq qeyd edib ki, təşəbbüsü Gürcüstanın gənclər və idman nazirinin müavini Lodo Çaparidze edib: "Məqsəd GUAM ölkələri Gənclər Forumuna üzv olan təşkilatların üzəlşdiyi problemlər müzakirə olunacaq. Elmi-praktik konfrans əsasən ilkin tanışlıq xarakter idə daşıya bilər".
Hərəkatın həmtəsisçisi onu da vurğulayıb ki, elmi-praktik konfransda Azərbaycanı onunla yanaşı Azərbaycan Gənclər və İdman Nazirliyinin şöbə müdi Fərhad Hacıyev, Azərbaycan Gənclər İttifaqının nümayəndəsi İlqar Mustafayev, Azərbaycan Könüllüləri İctima Birliyinin nümayəndəsi Rüstəm Abdullayev də təmsil edəcək.