...

Milli Məclisin sədri Finlandiya prezidenti ilə görüşüb

Siyasət Materials 3 İyun 2006 11:41 (UTC +04:00)

Avropa Şurası ölkələri parlament sədrlərinin Tallin sammiti başa çatdıqdan sonra Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti Finlandiya parlamentinin 100 illik yubileyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Helsinki şəhərinə gəlib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

100 illik yubiley münasibəti ilə Finlandiya parlamentinin plenar iclasında Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti iştirak edib.

İclas başa çatdıqdan sonra Prezident sarayında Finlandiya prezidenti xanım Tarya Halonen tədbirdə iştirak edən ölkələrin parlament rəhbərləri ilə görüşüb. Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də iştirak edib.

Azərbaycan parlament nümayəndə heyəti Finlandiya parlamentinin 100 illik yubileyi ilə bağlı təşkil olunmuş qeyri-rəsmi tədbirlərdə də iştirak edib.

Xəbər lenti

Xəbər lenti