RF XİN-nin gürcü - osetin münaqişəsi üzrə sonuncu bəyanatı və öz müqəddaratını təyinetmə prinsipinin ayrılması Gürcüstana, dolayı şəkildə isə Moldovaya ünvanlanıb. Bu barədə Trend in Moskva şəhərindəki xüsusi müxbirinə "Kommersant" qazetinin baş redaktorunun müavini, politoloq Azər Mürsəliyev xəbər verib.
Azər Mürsəliyev bildirib: "Sirr deyil ki, bu iki ölkə Moskva ilə çox da yaxşı münasibətdə deyil və son iki ildə olan ikitərəfli münasibətlərin tarixi - Rusiya və Gürcüstan, həmçinin Moldova, qismən də Ukrayna arasında soyuq müharibədir. Azərbaycan isə bu vəziyyətdə hər zaman seçilir".
Politoloqun fikrincə, bu yaxınlarda MDB ölkələri müdafiə nazirləri Şurasının iclasında iştirak edən RF-nin müdafiə naziri S.İvanov Dağlıq Qarabağ münaqişəsi haqqında çox dostcasına və neytral şəkildə danışıb.
Politoloq həmçinin qeyd edib ki, əgər Azərbaycan kifayət qədər güclü olsa və onun mövqeləri kifayət qədər möhkəm olsa, o zaman, əlbəttə ki, ölkənin ərazi bütövlüyü haqqında tezis üstünlük təşkil edəcək. A.Mürsəliyev deyib: "Əgər Azərbaycan münaqişəli vəziyyətə düşsə və onun mövqeləri zəifləsə, o zaman millətlərin öz müqəddaratını təyinetmə prinsipi və digər prinsiplər yada düşəcək".