...

Müsavat Partiyası Məclisinə sədr bir ay müddətində seçiləcək

Siyasət Materials 5 İyun 2006 16:51 (UTC +04:00)

Müsavat Partiyası Məclisinə sədr bir ay müddətində seçiləcək. Bu barədə Trend ə adıçəkilən partiya sədrinin birinci müavini Vurğun Əyyub bildirib.

V.Əyyub qeyd edib ki, Məclisin toplantısında eyni zamanda Divan üzvlərinin seçkisi keçiriləcək və partiya sədrinin müavinlərinin təsdiqlənməsi üçün müraciətinə baxılacaq. V.Əyyub onu da bildirib ki, nizamnaməyə uyğun olaraq Məclisin 170 üzvü olmalıdır: "132-i artıq seçilib. Yerdə qalan 38 üzv isə Məclisin toplantılarında seçiləcək".

V.Əyyub Məclis sədri seçilmək üçün böyük imkanlara malik olduğunu da nəzərə çatdırıb. Bildirib ki, 1997-ci ildən 2001-ci ilə qədər partiyanın baş katibi, 2001-ci ldən bu günədək isə sədrin birinci müavini vəzifəsini yerinə yetirib. Müsavat Partiyasının formalaşıb fəaliyyət göstərməsində xidmətləri danılmazdır: "Əgər Məclis üzvləri mənə etimad göstərərsə, bu vəzifənin ağırlığını öz üzərimə götürəcəm".

"Başqan özünə nə qədər müavin götürə bilər" sualına isə V.Əyyub belə cavab verib: "Bu başqanın səlahiyyətindədir. Müavinlərin say məhdudiyyəti yoxdur".

Xəbər lenti

Xəbər lenti