...

Lyazzat Kiinov: Qazaxıstan və Azərbaycan neftin BTC ilə nəqlinə dair sazişi imzalamağa yaxındır

Siyasət Materials 6 İyun 2006 12:31 (UTC +04:00)

Qazaxıstan və Azərbaycan neftin Bakı-Tiflis-Ceyhan boru kəməri ilə birgə nəqlinə dair hökumətlərarası sazişi imzalamağa yaxındır. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 6-da Bakıda "Xəzər neft və qaz - 2006" beynəlxalq sərgi- konfransının açılışında Qazaxıstanın energetika və mineral sərvətlər nazirinin müavini Lyazzat Kiinov bəyan edib. Onun sözlərinə görə, saziş yaxın vaxtlarda imzalanacaq.

L.Kiinov qeyd edib ki, Astana və Bakı Azərbaycan vasitəsilə qaz tədarükü məsələsini ciddi surətdə nəzərdən keçirir. Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələrin indiki səviyyəsi bu layihəni də gerçəkləşdirməyə imkan verir.

L.Kiinov vurğulayıb ki, Azərbaycan Xəzərdə neft-qaz yataqlarının işlənməsi sahəsində böyük təcrübəyə malik yeganə ölkədir və bizim onunla məsləhətləşməli, bölüşməli olduğumuz çox məsələlər var.

Xəbər lenti

Xəbər lenti