...

İsaak Novruzov: Regional energetika layihələrinin həyata keçirilməsi Azərbaycan və Gürcüstanın geostrateji siyasətinin uğurudur

Siyasət Materials 6 İyun 2006 15:09 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi -Ərzurum kimi regional energetika layihələrinin həyata keçirilməsi Azərbaycan və Gürcüstanın geostrateji siyasətinin uğurunun əyani nümunəsidir. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 6-da Gürcüstan yanacaq, energetika və kommunikasiya nazirinin müavini İsaak Novruzov bildirib.

O qeyd edib ki, GUAM-ın Kiyevdəki sonuncu sammiti zamanı yanacaq - energetika şurasının yaradılması haqqında qərar qəbul edilib. Bu şura tez bir zamanda təşkilatın bütün üzv ölkələrinin enerji təhlükəsizliyini təmin etmək imkanı verəcək.

Bu konteksdə İ.Novruzov qeyd edib ki, Gürcüstan son vaxta qədər Rusiya enerji daşıyıcılarından asılı idi və yalnız Azərbaycanın vaxtında göstərdiyi dəstək sayəsində gürcü xalqı keçən qış Rusiyadan tədarük edilən elektrik enerjisinin kəsilməsi ətrafında olan böhranı, demək olar ki, asanlıqla keçirib.

İ.Novruzov qeyd edib: "Gürcüstan üçün bu çətin dövrdə, daxili tələbatlara baxmayaraq, Azərbaycan, prezident İlham Əliyevin simasında, Gürcüstan sakinlərini soyuqdan xilas etdi və biz ona öz dərin minnətdarlığımızı bildiririk".

Xəbər lenti

Xəbər lenti