Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı neft emalı zavodlarında yeni qurğuların inşası üzrə layihə işləri aparır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, ARDNŞ-nin prezidenti Rövnaq Abdullayev bildirib.
Xüsusilə, "Oksipro" və alkilləşdirmə qurğularının tikintisi nəzərdə tutulub. Qurğuların istifadəyə verilməsindən sonra Azərbaycan benzini Avro-2007 beynəlxalq standartlarına cavab verəcək.
"Bizim neft emalında ən böyük problemimiz - benzinin tərkibində benzol və aromatikanın olmasıdır. Qurğuların tikintisindən sonra Azərbaycan benzini beynəlxalq standartlara cavab verəcək və dünya bazarına çıxmaq üçün hazır olacaq" - deyə R.Abdullayev bildirib.