...

İlham Əliyev: Azərbaycan qonşu İrana qarşı hər hansı bir hərbi əməliyyatı dəstəkləməyəcək

Siyasət Materials 7 İyun 2006 19:08 (UTC +04:00)

"Biz qonşu İrana qarşı hər hansı bir hərbi əməliyyatın həyata keçirilməsini dəstəkləməyəcəyik". Bunu Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əlyiev Amerikanın NBC telekanalına müsahibəsində bildirib.

"Azərbaycanın mövqeyi çox açıqdır. Hesab edirəm ki, bütün məsələlər dinc yolla, diplomatik səylərlə həll olunmalıdır" - deyə prezident qeyd edib. O xatırladıb ki, beynəlxalq birlik Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini tapmağı tövsiyə edir və Bakı on ildən artıqdır ki, danışıqlar aparır. "Ölkəmizə tövsiyə edilir ki, hərbi həll yolunu nəzərdən keçirməyək. Biz hesab edirik ki, əgər mübahisə və ya münaqişənin dinc yolla həlli imkanı varsa, son ana qədər bu istiqamətdə çalışmalıyıq. Bu cür yanaşma digər potensial münaqişəyə, fikir ayrılığı və ya mübahisə yaradan istənilən başqa məsələyə də aid edilə bilər" - deyə dövlət başçısı qeyd edib.

Azərbaycan prezidenti hesab edir ki, İran məsələsinin də dinc həlli imkanları tükənməyib. "Bu imkanlar araşdırılmalı və qərar qəbul edilməlidir. Qəbul ediləcək qərar bütünlükdə regionda sabitliyi pozmamalıdır" - deyə İ.Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti