...

Leo Platvoyet: AŞPA-nın "Cənubi Qafqaz ölkələrində itkin düşmüş şəxslər haqqında" məruzə layihəsi 2007-cı ilin yanvar sessiyasında müzakirə olunacaq

Siyasət Materials 9 İyun 2006 19:25 (UTC +04:00)
Leo Platvoyet: AŞPA-nın "Cənubi Qafqaz ölkələrində itkin düşmüş şəxslər haqqında" məruzə layihəsi 2007-cı ilin yanvar sessiyasında müzakirə olunacaq

AŞPA-nın "Cənubi Qafqaz ölkələrində itkin düşmüş şəxslər haqqında" məruzə layihəsi 2006-cı ilin payızında hazırlanacaq, son variantı isə AŞPA-nın 2007-ci ilin yanvar sessiyasında müzakirə olunacaq. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyunun 9-da AŞPA-nın Cənubi Qafqaz ölkələrində itkin düşmüş şəxslər üzrə məruzəçi, Holland parlamentariyi Leo Platvoyet mətbuat konfransında bildirib.

Məruzəsi İrəvan və Bakıda keçirilmiş danışıqlardan razılıq edərək deyib ki, sənəddə Azərbaycan və Ermənistanın itkin düşmüş şəxslərin məsələlərilə məşğul olan dövlət komitələrinin nümayəndələrindən ibarət xüsusi qurumun yaradılması vacibliyi əksini tapacaq.

L. Platvoyet qeyd edib ki, yeni qurumun fəaliyyəti Beynəlxalq Qızıl Xaç Komitəsi təcrübəsinin nəzərə alınması ilə təşkil olunacaq.

Məruzədə hər üç Cənubi Qafqaz ölkəsinə ünvanlanmış konkret tövsiyələr əksini tapacaq.

L.Platvoyet həmçinin deyib ki, Ermənistanın siyahısında 940 itkin düşmüş şəxs göstərildiyi halda, Azərbaycanda bu rəqəm 4 700 təşkil edir.

Sonda AŞPA məruzəçisi qeyd edib ki, o, bu məsələyə humanitar aspektdən baxacaq, çünki bunun siyasiləşdirilməsi çox təhlükəlidir.

Xəbər lenti

Xəbər lenti